EN

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci tur başa çatıb.

Oxu.Az xəbər verir ki, turun son oyun günündə doqquz qarşılaşma keçirilib.

Turun mərkəzi görüşü sayıla biləcək "Barselona" - PSJ matçı Fransa təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 1:2. Ferran Torres Kataloniya təmsilçisini hesabda önə çıxarıb. Senna Mayulu elə ilk hissədə hesaba bərabərlik gətirib. Qonsalu Ramuş isə 90-cı dəqiqədə Çempionlar Liqasının son qalibinə qələbə qazandıran qolu vurub.

UEFA Çempionlar Liqası: "Barselona" uduzdu, "Yuventus" heç-heçə etdi

"Villarreal" - "Yuventus" matçı öz gərginliyi ilə seçilib. Görüş qollu heç-heçə ilə başa çatıb - 2:2. Ev sahiblərindən Jorj Mikautadzenin qoluna, qonaqlar Federiko Qatti və Şiku Konseyasunun qolları ilə cavab veriblər. Renatu Veyqa isə "Villarreal"ı məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

UEFA Çempionlar Liqası: "Barselona" uduzdu, "Yuventus" heç-heçə etdi

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Qarabağ" - "Kopenhagen" - 2:0;

"Royal Union" - "Nyukasl Yunayted" - 0:4;

"Arsenal" - "Olimpiakos" - 2:0;

"Bayer Leverkuzen" - PSV - 1:1 ;

"Borussiya Dortmund" - "Atletik Bilbao" - 4:1 ;

"Monako" - "Mançester Siti" - 2:2;

"Napoli" - "Sportinq" - 2:1 .

Qeyd edək ki, növbəti turun oyunları oktyabr ayının 21-i və 22-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
oxu.az

1Sources