ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" çox sadə, amma effektiv oynayır. Sürətli keçidlər və mütəmadi şiddətli qanad hücumları".
Oxu.Az xəbər verir ki, bunu "CBS Sports"un idman şərhçisi, fransalı futbol ulduzu Tyeri Anri Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasında "Kopenhagen"lə matçını şərh edərkən bildirib.
"Qanadlara nəzarət etmədən "Qarabağ"ı dayandırmaq üçün yüksəksəviyyəli, iqtisadi cəhətdən çox üstün bir komanda olmanız lazımdır. Futbol sadə bir oyundur. Çətin olan isə sadə oynamaqdır. "Qarabağ" sadəcə bunu edir", - o qeyd edib.
Xatırladaq ki, komandamız Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda doğma azarkeşləri önündə "Kopenhagen"i 2:0 üstələyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.