EN

“Qarabağ” layiqli qələbə qazandı”

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup oyundan sonra mətbuat konfransında rəylərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis meydanda “Qarabağ”ın gücünü hiss etdiklərini qeyd edib: “Meydanda gözlədiyim komandanı gördüm. İlk hissədə rəqib mükəmməl oynadı, biz isə zəif təsir bağışladıq və nəticədə qol buraxdıq”.

Yakob Neestrup Azərbaycan çempionunun layiqli qələbə qazandığını vurğulayıb: “İkinci hissədə vəziyyəti dəyişsək də qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi, hesab heç-heçə də ola bilərdi”.

O, “Qarabağ”ın keyfiyyətli kollektiv olduğunu qeyd edib: “Çox yaxşı futbolçuları və baş məşqçisi var. Qurban Qurbanova hörmətlə yanaşıram, uzun illərdir komandanı idarə edir. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm”.

Həmçinin, danimarkalı mütəxəssis Ağdam klubunun Çempionlar Liqasında sürpriz edə biləcəyini istisna etməyib: “Sadəcə, buna inanmaq lazımdır. Bizim də şanslarımız var və sonadək mübarizə aparacağıq”.

Chosen
63
7
90deqiqe.az

9Sources