EN

Sahibə Qafarova G20 ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış mərasimində çıxış edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də CənubiAfrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20)ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılışmərasimində çıxış edib.

Trend xəbər verir ki, busammitin parlamentarilərin birgə işləməyə sadiqliyini göstərəndəyərli platforma olduğunu söyləyən spiker Sahibə Qafarova CənubiAfrika Respublikasının G20-yə sədrliyi üçün qəbul etdiyi“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzusunun dünyamızın ehtiyacduyduğu mövzular olduğunu söyləyib.

Bu mövzuların Azərbaycanın da bölüşdüyü prinsiplər olduğunudiqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir neçə günəvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-cisessiyasındakı nitqində ölkəmizin baxışını: beynəlxalq hüquqaəsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq,qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib. SahibəQafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma vəprinsiplərini təkbaşına həyata keçirməklə, öz əraziləriniErmənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiqqalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilinavqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onudavam etdirib.

Çıxışında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyatlayihələri haqqında da sammit iştirakçılarına məlumat verən spikerSahibə Qafarova bildirib ki, bu layihələr bir çox ölkələrin enerjitəhlükəsizliyinə töhfə verib və regional bağlantıları gücləndirib.Onun sözlərinə görə, “Beynəlxalq Sülh və Rifah naminə Trampmarşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələribirləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.

Milli Məclisin sədri həmçinin ölkəmizin qlobal çoxtərəfliəməkdaşlığa töhfələrini də diqqətə çatdırıb. Spiker qeyd edib ki,Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi,humanitar yardım fəaliyyətləri və COP29-a sədrliyi onun daha böyükhəmrəylik və davamlı inkişafa nail olmaq üçün çoxtərəfliəməkdaşlığa və kollektiv səylərə güclü sadiqliyini əks etdirir.Qeyd olunub ki, COP29-un mühüm nailiyyətləri təkcə Azərbaycanınmüxtəlif ölkələr və icmalar arasında körpülər qurmaq bacarığınınümayiş etdirmir, bu, eyni zamanda, Azərbaycanın ən həssas və zəifinkişaf etmiş ölkələrin problemlərini həll etmək əzmini dəgöstərir. O, gələn ilin may ayında ölkəmizdə Ümumdünya ŞəhərsalmaForumunun və Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyini qeydedərək, bu tədbirin həmrəylik, bərabərlik və davamlılığa nail olmaqistiqamətində daha bir qlobal platforma olacağını bildirib.

Spiker Sahibə Qafarova bu mühüm beynəlxalq tədbirdə AzərbaycanPrezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış vəhazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama HərəkatınınParlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib. O,deyib ki, Parlament Şəbəkəsinin yaradılması ölkəmizinparlamentlərarası əməkdaşlığa güclü dəstəyinin və sadiqliyininsübutudur. Bu qurum Qlobal Cənubu təmsil edən Qoşulmama Hərəkatınaüzv dövlətlərin parlamentariləri arasında qarşılıqlı əlaqənigenişləndirmək və dərinləşdirməklə yanaşı, parlamentdiplomatiyasının inkişafında digər parlamentlərarası təşkilatlarlada fəal əməkdaşlıq edir.

Sammitin açılış mərasimində evsahibi Cənubi AfrikaRespublikasının hökumət və parlament rəhbərliyi ilə yanaşı, G20-yəüzv ölkələrin parlament sədrləri də iştirak və çıxış ediblər.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Chosen
15
1
az.trend.az

8Sources