EN

Qurban Qurbanov: “Biz Azərbaycanın "Qarabağ"ıyıq”

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçularımzı çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə də, ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hoissə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə gtdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq, bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək. Məşqçiləri ilə oyundna əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prisnipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi".

- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsız, buna inanardınız?

- Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət oldu. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq bu övsüm daha yaxşı nıticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Kollektiv oyunudur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, Hər şeyə real baxmaq lazımdır. Düzdür. Ancaq meydana inamsız çıxsaq...Uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıblar. Bəlkə altı xal gözləməzdim, amma inanırdım.

- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?

- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.

ÇL: Günün nəticələri - YENİLƏNİB

“Qalatasaray”dan fantastik qələbə - YENİLƏNİB

Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlib çıxmaq üçün uzun yol qət edib"

Leandro Andrade: “Bunu yenidən etmək şansımız var”

Chosen
13
3
apasport.az

10Sources