EN

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

  

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 14-16°, gündüz 18-21° isti olacaq. 

 

Atmosfer təzyiqi 767 mm civə sütunu,  nisbi rütubət isə gecə 70-75%, gündüz 55-65% təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-16°, gündüz 17-21°, dağlarda gecə 4-8°, gündüz 10-15° isti olacaq.

Chosen
18
49
senzor.az

10Sources