EN

ABŞ Qətərin təhlükəsizliyi barədə qərar verdi

Tramp administrasiyası Qətərin təhlükəsizliyinə zəmanət verən fərman yayımlayıb. Metbuat.az xəbər verir ki, fərman Qətərin təhlükəsizliyini gücləndirməyi nəzərdə tutur. Fərmana görə, Qətərə hücum ABŞ üçün təhlükə hesab ediləcək. Sənəd ölkəyə hücum olacağı təqdirdə ABŞ-nin hərbi müdaxiləsinə zəmanət verir. Xəbərdə deyilir ki, fərman İsrailin Qətərdəki HƏMAS liderlərini hədəf alan hava hücumlarından sonra qəbul edilib. Qərb mətbuatının yazdığına görə, sənəd Qətəri belə bir hücumun bir daha baş verməyəcəyinə əmin etmək məqsədi daşıyır.

Bildirilir ki, Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazasına ev sahibliyi edən Qətər, bir çox körfəz dövlətləri kimi, ABŞ-ni öz təhlükəsizliyinin əsas təminatçısı hesab edir.

Chosen
69
42
metbuat.az

10Sources