EN

Əcnəbilərin Gürcüstana gəlmə və ölkədə qalma qaydaları sərtləşdirilib

Bakı. Trend:

Əcnəbilərin Gürcüstana gəlmə, ölkədə qalma qaydalarını pozmasıilə bağlı qanun sərtləşdirilib.

Trend xəbər verir ki, yeniqaydalara əsasən, ölkədən çıxarılma proseduru sadələşdirilir vəcərimələrin məbləği də artırılır.

Bu gündən qüvvəyə minən qanuna əsasən ölkədə qalma müddətinipozan əcnəbilərə 1000 laridən 3000 lariyədək cərimə tətbiq ediləcəkvə müəyyən müddət ərzində Gürcüstana girişlərinə qadağaqoyulacaq.

Ölkənin “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərəgörə, əcnəbilərin ölkədə qanuni qalma müddəti bitdikdən sonra 3 ayaqədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və 6 ay müddətinəölkəyə girişinə qadağa qoyulacaq.

Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiqolunacaq və 2 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

1 ildən çox qanunsuz olaraq Gürcüstanda qalan şəxslərə isə 3000lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək.

Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500lari cərimə tətbiq ediləcək. Həmçinin əcnəbini qanunsuz əsaslarladəvət edən və ya xidmət göstərən fiziki və hüquqi şəxslərəxəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək (əvvəllər bu məbləğ1000 lari idi).

Gürcüstan “Cinayət Məcəlləsi”nə görə isə oktyabrın 1-dənetibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədənçıxarılması da sadələşdirilib.

Qanunla az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyəgiriş qadağan edilə bilər.

Ağır və xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20ilədək və ya müddətsiz ola bilər.

Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədəuyğunolmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiqediləcək.

Ekstradisiya prosesi davam edən hallarda deportasiya həyatakeçirilməyəcək. Yalnız həmin şəxsin ekstradisiyanı tələb edəndövlətə göndərilməsi istisna təşkil edir.

Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxiliİşlər Nazirliyinin hazırladığı “Beynəlxalq müdafiə haqqında” qanunuqəbul edib. Qanun layihəsi ilə yanaşı, miqrasiya, sığınacaqprosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanunadəyişiklik edilib. Məqsəd qeyri-leqal miqrasiyanın və sığınacaqprosedurlarından sui-istifadənin qarşısını almaqdır.

Chosen
21
5
az.trend.az

7Sources