EN

Almaniya hökuməti “Modernizasiya gündəmi”ni qəbul edib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 1 oktyabr, AZƏRTAC

Almaniya hökuməti dövlət strukturunun və idarəetmənin modernləşdirilməsi məqsədilə “Modernizasiya gündəmi”ni təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə koalisiya hökumətinin ikigünlük iclasının yekunları barədə Almaniya Kansleri Fridrix Merts (CDU), maliyyə naziri Lars Klinqbayl (SPD) və daxili işlər naziri Aleksander Dobrindt (CSU) birgə keçirdikləri mətbuat konfransında məlumat veriblər.

Kansler iclasın diqqət mərkəzində rəqabət qabiliyyətinin gücləndirilməsi və dövlətin modernləşdirilməsi məsələlərinin yer aldığını qeyd edib. Bildirib ki, əsas məqsəd ölkəni yenidən ön sıralara çıxarmaqdır.

Kabinet iclasında tibbi peşələr üzrə xarici ixtisasların tanınma proseslərinin sürətləndirilməsi və “Modernizasiya gündəmi”nin təsdiqi kimi vacib məsələlər barədə qərarlar qəbul edilib. “Modernizasiya gündəmi” çərçivəsində daha səmərəli idarəetmə, vətəndaşyönümlülük və rəqəmsallaşmanın artırılması sahələrində islahatların reallaşdırılması nəzərdə tutulur. Bu sahədə layihələrin icrasına qısa müddətdə başlanması planlaşdırılır.

Hökumət, həmçinin dövlət aparatını modernləşdirməyi, vətəndaşların xidmətlərini daha əlçatan etməyi, həm də təhlükəsizlik və enerji sahələrində strateji təşəbbüsləri irəli aparmağı hədəfləyir.

Maliyyə naziri L.Klinqbayl bu təşəbbüsü ölkədə prosesləri daha da sadələşdirmək cəhdi kimi qiymətləndirib. Daxili işlər naziri A.Dobrindt isə hazırkı proseslər fonunda yeni hibrid təhlükələrə qarşı hazırlıq görülməsinin vacibliyini vurğulayıb. O, federal polis qanununun, hava təhlükəsizliyi qanununun yenidən işlənməsi və dronlara qarşı müdafiə mərkəzinin yaradılacağını elan edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
94
1
azertag.az

2Sources