EN

“Fransanın nüvə doktrinası yenilənəcək” -Makron

Fransa prezidenti Emmanuel Makron Fransanın nüvə doktrinasını yeniləyəcəyini vəd edib.

Busaat.az xəbər verir ki, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Fransa nüvə çətiri mövcuddur. Mən bunu arzulayan avropalılarla strateji dialoqu daha da dərinləşdirmək istərdim”, – deyə o, qeyd edib.

Fransa lideri qeyd edib ki, 2026-cı ilin əvvəlində o, respublikanın nüvə doktrinasına dair əsas nitqlə çıxış edəcək.

Xatırladaq ki, Makron daha əvvəl bildirmişdi ki, Ukraynaya kreditlərin verilməsi üçün onlardan əldə edilən gəlirlərin deyil, Rusiyanın aktivlərindən istifadə edilməsi yolverilməzdir. O, qeyd edib ki, aktivlər dondurulan zaman beynəlxalq hüquqa riayət edilməlidir.

Yeganə

Chosen
41
busaat.az

1Sources