EN

Davamlı yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər? - Açıqlama

Xroniki yorğunluq adi yorğunluqdan fərqlənir: istirahətlə keçmir, uzun müddət davam edir və həyat keyfiyyətini aşağı salır.

Ölkə.Az-ın məlumatına görə, bu barədə danışan Səhiyyə Nazirliyinin eksperti, terapevt Zakir Quliyev deyib ki, əsas səbəblərə qan azlığı, qalxanabənzər vəzinin xəstəlikləri, psixoloji gərginlik, yuxu pozğunluqları daxildir. Həmçinin şəkərli diabet, ürək-damar və ağciyər xəstəlikləri, xroniki infeksiyalar da yorğunluğa yol aça bilər.

Onun sözlərinə görə, “xroniki yorğunluq sindromu” adlanan vəziyyət aylarla davam edir, səbəbi isə bəzən analizlərdə görünmür. Belə hallarda həkimə müraciət, qan və hormon analizləri, digər müayinələr vacibdir.

Mütəxəssis qeyd edib ki, yuxu rejiminin normallaşdırılması, balanslı qidalanma, fiziki aktivlik və stresin azaldılması mühüm rol oynayır. Əgər yorğunluq bütün bunlara baxmayaraq keçmirsə, artıq onu adi hal kimi qəbul etmək olmaz.

Chosen
45
olke.az

1Sources