EN

Paşinyan: Bu məsələ barədə beş ölkə ilə danışıqlar aparırıq

“Beş ölkə ilə kiçik modul tipli Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlar aparırıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu mövzuda 5 tərəfdaşla dialoqumuz var və bu söhbətlər praktik xarakter daşıyır. İşçi qruplarımız görmək, öyrənmək və araşdırmaq üçün müxtəlif yerlərə səfər edir və ya edəcəklər. Yaxın 1-2 il ərzində qərar qəbul edib müqavilə imzalamalıyıq və bunun nə geosiyasi, nə də xarici siyasət konteksti olacaq”, - baş nazir bildirib.
Chosen
22
2
sherg.az

3Sources