EN

Almaniya səmasında PUA-lar görüntülənib

Almaniyanın Şlezviq-Holşteyn əyalətindəki strateji obyektlər üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) görüntülənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, səlahiyyətlilər keçən həftənin sonunda bir neçə dronun elektrik stansiyası, Kiel Universiteti Xəstəxanası və hətta əyalət hökumət binası da daxil olmaqla mühüm infrastruktur obyektlərinin üzərindən uçması ilə bağlı məlumat aldıqdan sonra araşdırma aparır.

Qeyd edək ki, daha əvvəl Kopenhagen səmasında bir neçə böyük pilotsuz təyyarə aşkar edilmişdi.

Chosen
45
1
operativmm.az

2Sources