EN

Makron Fransanın nüvə doktrinasını yeniləyəcəyiniaçıqladı

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin nüvə siyasətində dəyişikliklər üzərində çalışdıqlarını bəyan edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Almaniyanın "FAZ" qəzetinə müsahibəsində danışıb.

“Fransanın nüvə çətiri mövcuddur. Hazırda doktrinamızın yenilənməsi üzərində işləyirəm və bu məsələdə dialoqu daha da dərinləşdirmək istəyirəm. İstəyən Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığa açığıq. 1962-ci ildən etibarən Avropa ölçüsü mövcuddur. 2026-cı ilin əvvəlində nüvə doktrinası ilə bağlı çıxış edəcəyəm”, - deyə Makron bildirib.

Qeyd edək ki, iyul ayında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanı xəbərdar edərək, nüvə məsələsində ehtiyatlı davranmağa çağırmışdı.

Nuriyyə NATİQQIZI

Chosen
66
redaktor.az

1Sources