EN

"iPhone" üçün böyrəyini satmışdı, vəziyyəti kritikdir - FOTO

17 yaşı olarkən “iPhone 4” almaq üçün böyrəyini satan çinli Vanq Şanqkun hazırda həyatda qalmaq üçün mübarizə aparır.

Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, texnologiya üçün sağlamlığını qurban verən çinli ömürlük əlil qalıb.

Hazırda 31 yaşı olan Şanqkun ömrünün sonuna kimi dializ aparatına bağlı yaşamaq məcburiyyətindədir.

Qeyd edək ki, 2011-ci ildə Anhui əyalətində kasıb ailədən olan 17 yaşlı Vanq Şanqkun qeyri-qanuni əməliyyat keçirərək böyrəyini təxminən 3 min dollara satmışdı. O, bu pulla “iPhone 4” və “iPad 2” almışdı.

Chosen
6
publika.az

1Sources