EN

Almaniyada kritik infrastrukturlar və strateji obyektlər üzərində dronlar müşahidə edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son günlər Almaniyada kritik infrastrukturlar və strateji obyektlər üzərində pilotsuz uçuş aparatlarının (PUA) çoxsaylı uçuşları qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.
Məlumata görə, bir neçə dron Kiel şəhərindəki gəmiqayırma zavodunun, universitet klinikasının, elektrik stansiyasının, yerli parlament binasının və Hamburq hava limanını yanacaqla təmin edən neft emalı zavodunun üzərindən uçub.
Meklenburq-Ön Pomeraniya əyalətində PUA-lar Sanits və Rostok şəhərlərindəki hərbi obyektlərin üzərində peyda olub. Eyni zamanda, Rostok limanında, polisin məlumatına görə, bir neçə nəhəng dron koordinasiyalı şəkildə uçuş həyata keçirib.
Dronlar paralel kurslarda hərəkət ediblər ki, bu da ərazinin xəritəsini çəkmək cəhdi kimi qiymətləndirilə bilər. PUA-ların operatorlarının kimliyi qeyri-müəyyən olaraq qalır. Həmçinin mütəxəssislər bununla Danimarkadakı dron uçuşları insidentləri arasında oxşarlıqları qeyd ediblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Danimarka Baltik dənizindəki Bornholm adası üzərində pilotsuz uçuş aparatlarının (PUA) görüldüyü iddiası ilə bağlı xəbərlər fonunda əraziyə krallığın silahlı qüvvələrinə məxsus qırıcını göndərmişdi. Bornholm sakinləri PUA-nın əvvəlcə adanın üzərindən bir istiqamətə, daha sonra digər istiqamətə uçduğunu bildirmişdilər.
Chosen
43
oxu.az

1Sources