EN

Azərbaycan su ehtiyatlarının idarəolunması üzrə rəqəmsal strategiya hazırlayır

Bakı. Trend:

Azərbaycan su ehtiyatlarının idarəolunması üzrə rəqəmsalstrategiya hazırlayır.

Trend xəbər verirki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin elm vəinnovasiyalar sektorunun rəhbəri Əliağa Əzizov Bakı İqlimFəaliyyəti Həftəsində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, verilənlərin dəqiq olması su ehtiyatlarınıneffektiv idarəolunması baxımından əsas element sayılır. Suyunrəqəmsallaşdırılması üzrə milli strategiya çərçivəsində kompleksrəqəmsal platformanın yaradılması planlaşdırılır. Belə birplatforma ölkənin su obyektləri haqda bütün informasiyanıntoplanmasını, emalını və təhlilini özündə birləşdirəcək.

“Platforma yalnız suyun bölgüsünü izləməyə və su ehtiyatlarınıidarə etməyə imkan verməyəcək, həm də tədqiqatçılar, tələbələr vəictimaiyyət üçün məlumatlara çıxış təmin edəcək. Bundan əlavə,strategiya çərçivəsində geoinformasiya sistemləri əsasında suatlasının yaradılması nəzərdə tutulur, burada anbarlardan vəkanallardan tutmuş quyular və su kəmərlərinə qədər bütün suobyektləri əks olunacaq”,- deyə Ə.Əzizov bildirib.

Chosen
33
az.trend.az

1Sources