EN

Asiya İnkişaf Bankı Azərbaycanda özəl sektora investisiyaları artırmaq niyyətindədir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın özəl sektorunainvestisiyaları artırmaq niyyətindədir.

Trend xəbər verirki, bunu AİB-nin Azərbaycan və Türkmənistanda əməliyyatlar üzrərəhbəri Marina Rouz Best Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O vurğulayıb ki, AİB Asiya və Sakit Okean regionu ölkələrindəözəl sektora aid layihələrə hər il 8 milyarda yaxın investisiyaqoyur və bank Azərbaycanda özəl sektoru aktiv şəkildəgenişləndirmək niyyətindədir.

“Son illər ərzində biz ölkədə artıq bir neçə özəl kəndtəsərrüfatı layihəsi gerçəkləşdirmişik. Belə ki, ötən il biz“Veysəloğlu” şirkətinə tədarük zəncirlərinin və nəqliyyatlogistikasının inkişafı üçün 10 milyon dollar ayırmışıq. Layihəçərçivəsində şirkət yük maşınları üçün çox-səviyyəli soyutmasistemləri olan elektrik avtopark tətbiq edib. Bundan əlavə, yerlifermerlərin bu tədarük zəncirlərinə inteqrasiyasına kömək etməküçün layihəyə 500 min dollar qrant da daxil edilib",- deyəəməliyyatlar üzrə rəhbər qeyd edib.

O bildirib ki, 2021-ci ildə bank kiçik fermerlərinmikromaliyyələşdirilməsi üçün “Bank Respublika”ya 20 milyon dollar,həmçinin kənd təsərrüfatı təchizat zəncirləri və logistikanındəstəklənməsi üçün 5,9 milyon dollar ayırıb.

“Biz gələcəkdə də özəl sektorla fəal əməkdaşlıq etməyəçalışırıq, çünki məhz bu əməkdaşlıq ölkədə kənd təsərrüfatınıninkişafı üçün açar rolunu oynayır”, - deyə R. Best əlavə edib.

Chosen
42
az.trend.az

1Sources