BAKI, 1 oktyabr. TELEQRAF
Gəncədə Azərbaycan Texnologiya Universitetinin (ATU) müəllimi Nüsrət Əhmədov dünyasını dəyişib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Bildirilib ki, ictimai elmlər və multikulturalizm kafedrasının dosenti Nüsrət Məsim oğlu Əhmədov 1977-ci ildən ATU-da pedaqoji fəaliyyət göstərib.
O, uzun illər ərzində tələbələrin elmi dünyagörüşünün formalaşmasında, savadlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayıb.