EN

AMEA prezidenti: Beynəlxalq kitab sərgisi Azərbaycan üçün böyük elmi-mədəni hadisədir



AMEA prezidenti: Beynəlxalq kitab sərgisi Azərbaycan üçün böyük elmi-mədəni hadisədir
Beynəlxalq kitab sərgisi Azərbaycan üçün böyük elmi-mədəni hadisədir.

aia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.

O, belə sərgilərin ölkədə çap və oxu mədəniyyətinin inkişafına xidmət etdiyini vurğulayıb.

Akademik hər il keçirilən beynəlxalq kitab sərgisinin yüksək təşkitalçılıqla baş tutduğunu qeyd edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu isə kitabın Azərbaycan vətəndaşının həyatında həmişə önəmli rol oynadığını bildirib. Deputat bir həftə davam edəcək beynəlxalq sərgini mədəni hadisə kimi qiymətləndirib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva sərgidə 250-dən çox tədbirin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb:

"Bu kimi sərgilər mədəni maarofləndirmə prosesi üçün çox böyük təşəbbüsdür. Bu, cəmiyyətdə hüquq düşüncəsi və mədəniyyətinin inkişafına töhfə verir".



Chosen
19
aia.az

1Sources