EN

İsrailin Qəzzaya hücumları nəticəsində 14 nəfər ölüb

Bu səhər İsrail hərbçilərinin Qəzza zolağına hücumları nəticəsində 14 nəfər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu səhər saatlarında Qəzza zolağının şimal hissəsində Qəzza şəhərini və mərkəzi hissədə Nusayrat Qaçqınlar Düşərgəsini hədəf alıb.

İsrail döyüş təyyarələri Qəzzanın şərqindəki Əd-Dərrac məhəlləsində Əbu Kamil adlı fələstinli ailənin evini bombalayıb. Hücum nəticəsində 7 nəfər həlak olub. Qəzzanın şərqindəki Zeytun məhəlləsində məcburi köçkünlərin sığınacağı olan əl-Fellah məktəbi vurulub. Hücum nəticəsində 6 nəfər həlak olub. İsrail qüvvələri Qəzza şəhərinin cənub-qərbində İslam Universitetinin ətrafındakı binaları atəşə tutub və bir çox binaya ciddi ziyan dəyib.

Qəzza zolağının mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsi də İsrailin hücumlarının hədəfi olub. Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında yerləşən Muhayyem əl-Cədid bölgəsinə pilotsuz uçuş aparatının (PUA) təşkil etdiyi hücumda 1 nəfər ölüb, çox sayda insan yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu
Chosen
34
sia.az

1Sources