EN

ABŞ Rusiya ilə sərhəddə hərbi təyyarələr yerləşdirdi

ABŞ Norveçdə P-8 “Poseidon” sualtı gəmi əleyhinə təyyarələr yerləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Pentaqonun Rusiyanın Danimarka, Polşa və Norveçin hava məkanlarını PUA-larla pozması, habelə NATO ölkələrinin sualtı kabel və boru kəmərlərinə təhlükə səbəbindən Şimali Avropada patrul təyyarələrinin mövcudluğunda maraqlı olduğu bildirilir.

P-8 patrul missiyalarını yerinə yetirə bilən sualtı qayıqlara qarşı döyüş təyyarəsidir. Bunlar ABŞ də daxil olmaqla bir sıra NATO ölkələrində xidmətdədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı gəmi əleyhinə silahları daşıya bilir.

Chosen
19
1
sitat.info

2Sources