EN

ABŞ Rusiya sərhədinə P-8 poseidon kəşfiyyat təyyarəsini yerləşdirib

ABŞ Norveçə P-8 Poseidon sualtı qayıq əleyhinə təyyarələr yerləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Bildirilib ki, Danimarka, Polşa və Norveçdəki pilotsuz təyyarə insidentləri, habelə NATO ölkələrinin sualtı kabel və boru kəmərlərində baş verən təhlükənin  Rusiyadan gəldiyi ehtimal edilir. 

Qeyd edək ki, boeing P-8 Poseidon patrul missiyalarını yerinə yetirə bilən sualtı qayıqlara qarşı döyüş təyyarəsidir. O, ABŞ da daxil olmaqla bir sıra NATO ölkələri ilə xidmətdədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı qayıq əleyhinə silahları daşıya bilir.


Şəfa Hüseynli

Chosen
39
operativmedia.az

1Sources