EN

KİV: İsrail avqustdan indiyədək Qəzza şəhərində 1250 binanı məhv edib

BAKI, 01 oktyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) avqustdan başlayan əməliyyat zamanı Qəzza şəhərində təxminən 1250 binanı məhv edib, Fələstin anklavındakı ən böyük yaşayış məntəqəsini nəzarət altına alıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Əməliyyatlar zamanı 200 nəfərdən az silahlı öldürülüb.

Dağıdılmış binaların təxminən üçdə biri SAXAL tərəfindən tam hərbi obyektlər, yarısı isə ikinci dərəcəli obyektlər kimi təsnif edilib.

Chosen
127
teleqraf.com

1Sources