EN

ABŞ Senatına Ukraynaya hər ay 10 milyard dollar verilməsi haqqında qətnamə təqdim edildi

BAKI, 01 oktyabr. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Senatına Ukraynaya hər ay Rusiya aktivlərindən 10 milyard dollar ötürülməsinə çağırış edən qətnamə təqdim edilib.

Teleqraf xəbər verir ki, bu qətnamə icra hakimiyyətini, həmçinin “Böyük yeddilik” ölkələrinin və Avropa İttifaqının (Aİ) liderlərini G7 üzvlərinin yurisdiksiyası altında olan Rusiyanın suveren aktivlərini müsadirə etməyə çağırıb.

Bu vəsaitlərin aktivlər tam tükənənə qədər hər ay 10 milyard dollar məbləğində tranşlarla Ukraynaya ödənilməsi təklif edilir.

Yeni qətnamənin müəllifi Luiziana ştatını təmsil edən respublikaçı senator Con Kennedidir.

Chosen
7
teleqraf.com

1Sources