EN

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi Bakı Avrasiya Universitetində - FOTOLAR

30 sentyabr 2025-ci il tarixində Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin İdarə Heyəti Bakı Avrasiya Universitetində qonaq oldu.

QHT.az xəbər verir ki, görüş çərçivəsində universitet rəhbərliyi ilə birgə psixoloji maarifləndirmə, gənclərin inkişafı və sosial layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edildi.

Tərəflər arasında gələcəkdə birgə seminar, təlim və sosial layihələrin təşkil olunması ilə bağlı ilkin razılaşmalar əldə olundu. Bu təşəbbüs, tələbələrin psixoloji biliklərinin artırılması, onların sosial fəallığının gücləndirilməsi və psixoloji dəstək xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi gənclərin sosial və emosional rifahının yüksəldilməsi, cəmiyyətin psixoloji maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Chosen
98
qht.az

1Sources