EN

“Derbidəki məğlubiyyəti heç vaxt unutmayacağıq”

“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasındakı “Kayrat” oyunundan sonra keçən həftə baş tutan derbidəki məğlubiyyəti xatırladıb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Universal" fransalı futbolçunun dediklərini belə çatdırıb.

“Bugünkü qələbədən sonra derbidəki uğursuzluğu unutmaq olarmı? Xeyr, xeyr, biz bunu heç vaxt unutmayacağıq. Həftəsonu baş verənləri unutmamalıyıq”.

Komanda çərşənbə günü Qazaxıstanda “Kayrat”ı 5:0 hesabı ilə məğlub edib, ulduz futbolçu het-trik etməyi bacarıb.

Qeyd edək ki, oktyabrın 4-də “Real” La Liqa çərçivəsində evdə “Vilyarreal”ı qəbul edəcək.

Chosen
95
90deqiqe.az

1Sources