EN

İki qonşu ölkədə 6 və 6.9 bal gücündə zəlzələ oldu

İndoneziyada rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Metbuat.az xəbər verir ki, zəlzələnin episentri Kalianget şəhərindən 32 kilometr cənub-şərqdə yerin 14 kilometr dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Həmçinin, İndoneziya ilə qonşu ölkə olan Filippində 6,9 bal gücündə zəlzələ baş verib. zəlzələnin episentri Palompon sahillərindən 10 kilometr qərbdəki Kalape sahillərində yerin 10 kilometr dərinliyində yerləşib.Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsinin olmadığı açıqlanıb.

Chosen
50
1
metbuat.az

2Sources