EN

Universitetə qəbul olunmuş şəhid xanımları: onları siz də tanıyın

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərilir. Şəhid ailələrinin sosial problemlərinin həll edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Sən tək deyilsən” layihəsi də bu siyasətin tərkib hissəsidir.

Publika.az xəbər verir ki, sentyabrın 30-da keçirilən tədbir bu istiqamətlərdən biri olan “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçıları ilə görüşə həsr edilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yaxın zamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi nəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə göstərdikləri fədakarlığı xüsusi vurğulayıb.

Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosial siyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin və aztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təmin olunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyata keçirilir.

Sədr bildirib ki, qadınların dövlətin ictimai-siyasi həyatında iştirakı daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə fəaliyyət dövlət qurumları, özəl sektor və QHT-lərlə birgə həyata keçirilir. O, xüsusilə şəhid ailələrinin cəmiyyətə inteqrasiyasının prioritetlər sırasında olduğunu vurğulayıb.

B.Muradova 2023-cü il sentyabrın 21-də ABA ilə komitə arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili, regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrin icrasının nəzərdə tutulduğunu xatırladıb.

Komitə sədri “Sən tək deyilsən” layihəsinin “Gələcəyə əmin addımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstək göstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiv iştirakına şərait yaratdığını söyləyib. O, layihənin artıq 4 ildir uğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinə dəstək göstərildiyini qeyd edib.

Chosen
21
6
publika.az

7Sources