EN

Xalq artisti Ramiz Quliyevin son durumu AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Atam hazırda Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsindədir".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
O qeyd edib ki, artıq müayinələr öz müsbət təsirini göstərir: "Biraz əvvəl Reanimasiya şöbəsinin müdiri ilə danışdım. Atam həkimlərin tam nəzarəti altındadır. Nəticələr müsbətdir. Kreatini yuxarı, təhlükəli həddən artıq enib, onu nəzarətdə saxlamağa çalışırlar. Böyrəkləri yavaş-yavaş öz funksiyalarını bərpa edir. Yenidən müayinə olunacaq, əgər ehtiyac olarsa, qarşıdakı günlərdə dializ oluna bilər. Ağciyərində gedən müəyyən proseslər də nəzarətdədir. Ümid edirik ki, bu həftə ərzində, bəlkə də həftənin sonuna biz atamı evə köçürə biləcəyik. Amma əlbəttə ki, biz ailəsi olaraq tərəfdarıyıq ki, bütün müalicə proseduru xəstəxanada tam olaraq həyata keçirilsin ki, sonra evə aparaq. Çünki ev müalicəsi ilə xəstəxanada olan müalicə eyni deyil.
Atama göstərilən diqqətə görə ölkə rəhbərliyinə, H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkür edirəm. Mehriban xanımın tapşırığı ilə hər bir şey nəzarət altında saxlanılır. Onun üçün çox gözəl şərait yaradılıb. Mən bildiyimə görə cənab Prezidentin köməkçisi Anar Ələkbərov da həkimlərlə təmasdadır və həkimlər müayinələrin gedişi ilə bağlı daim ona məruzə edirlər. Ümidlərimiz çox böyükdür, inanırıq ki, bu həyəcanlı və gərgin günlər tezliklə arxada qalacaq", - deyə Ə.Quliyev bildirib.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Əzizə İsmayılova
Chosen
5
oxu.az

1Sources