EN

Azərbaycanın qeyri-neft ixracı 2,5 milyard dollara yaxınlaşır

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracı 2,4 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.

Ölkə.Az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) sentyabr ayı İxrac İcmalında məlumat verib.

Statistikaya görə, ilk 8 ayda ərzaq ixracı 22,9% artaraq 774,2 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin 8 ayında şəkər ixracı 58,2 faiz, meyvə-tərəvəz 32,2 faiz, kimya məhsulları 24,3 faiz, pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz artıb.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının ixracı 28,2% artaraq 614,4 milyon dollara, aqrar sənaye ixracı isə 4,7% artaraq 209,5 milyon dollara çatıb. Ümumilikdə kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 mln.

Hesabat dövründə qeyri-neft ixracı arasında qızıl (210,7 milyon dollar) birinci, pomidor (157,2 milyon dollar) və pambıq lifi (124,7 milyon dollar) üçüncü yerdədir.

Chosen
65
6
olke.az

10Sources