EN

Ukrayna "dron qatili" yaradıb

Ukrayna PUA-ları məhv etmək üçün "dron qatili" adlanan kvadrokopter hazırlayıb və Avropa ölkələri bu texnologiyaya maraq göstəriblər.

Moderator.az. xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Financial Times" qÉ™zeti mÉ™lumat yayıb.

Qeyd olunur ki, "Stinq" hərbi dronu 315 km/saatdan çox maksimum sürətə malikdir.

"Bu güllə formalı kvadrokopter Ukraynanın innovativ müdafiə texnologiyası ilə cəmi bir neçə ay ərzində hazırlanmış əsl dron qatilidir", - nəşr yazıb.

Qeyd olunur ki, Rusiya PUA və təyyarələrinin NATO-nun hava məkanına daxil olması fonunda Avropada bu qurğuya maraq artıb.

Bundan sonra Pentaqon "Raytheon" şirkəti ilə "Coyote" PUA-larının tədarükü üçün beş milyard dollarlıq müqavilə imzalayıb.

Chosen
54
2
moderator.az

10Sources