EN

"San Siro" stadionu söküləcək

İtaliyanın ən böyük stadionu olan "San Siro" söküləcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Milan Şəhər Şurası 81 min tamaşaçı tutumuna malik arenanın sökülməsi ilə bağlı qərar qəbul edib.

Səsvermənin nəticəsinə əsasən, 24 üzv söküntünün lehinə, 20 nəfər isə əleyhinə səs verib.

Məlumatda bildirilir ki, "San Siro"nun yerində yeni stadion inşa olunacaq. Həmin arena 2032-ci ildə İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının oyunlarına meydan verəcək.

Qeyd edək ki, "San Siro" 1926-cı ildə istifadəyə verilib və indiyədək A Seriyasının nəhəng klubları - "Milan" və "İnter"in ev oyunlarına ev sahibliyi edib. Bundan əlavə, 2026-cı ildə Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimi də fevralın 6-da məhz bu stadionda təşkil olunacaq. Yarış fevralın 22-də başa çatacaq.

Hüseyn
Milli.Az

Chosen
14
1
milli.az

2Sources