EN

“Səyyar Gənclər Xidməti” bu dəfə Zaqatalada yüzlərlə gənci bir araya gətirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “GəncKönüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və KaryeraMərkəzinin tərəfdaşlığı ilə icra olunan və dövlət tərəfindənyaradılan imkanları region gəncləri üçün daha əlçatan edən “SəyyarGənclər Xidməti” layihəsi respublikanın müxtəlif regionlarındamərhələli şəkildə həyata keçirilməyə davam edir. Zaqatalada 29sentyabr – 3 oktyabr tarixlərində xidmət göstərəcək layihə“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq “Suverendövlət, vətənpərvər gənclik” devizi altında təşkil edilir. Növbətigünlərdə Səyyar Gənclər Xidməti Zaqatala gənclərinin liderlikpotensialının artırılmasına, şəxsi və peşəyönümlü inkişafına,həmçinin milli və vətənpərvərlik ruhlarında tərbiyə olunmasına öztöhfəsini verəcək.

Layihənin Zaqataladakı açılış mərasimi AzərbaycanRespublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızınmüdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əzizxatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Rəsmihissədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müaviniTofiq Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatalafilialının direktoru Raqif Qasımov və “Gənc Könüllülər” İctimaiBirliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin regiongənclərinin inkişafında və dövlət dəstək mexanizmlərininəlçatanlığının təmin olunmasında əhəmiyyətli rol oynadığınıvurğulayıblar. Həmçinin çıxışlarda ölkə gəncliyinin dövlətquruculuğu, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətininkişafı proseslərində artan iştirakçılığından da bəhs edilib.

Xidmət çərçivəsində Narkomanlığa və Narkotik VasitələrinQanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının,İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Zaqatala PeşəMəktəbinin nümayəndələrinin iştirakı ilə gənclər üçün müxtəlifmaarifləndirici sessiyalar təşkil olunub. Eyni zamanda, gənclərüçün peşə seçimi və karyera planlaması, könüllülük fəaliyyəti, süniintellektin tətbiqi, sağlam həyat tərzinin təşviqi və motivasiyamövzularında interaktiv təlim proqramları həyata keçirilib. Xüsusiqeyd edilməlidir ki, Vətən Müharibəsi iştirakçıları ilə keçiriləngörüşlər zamanı gənclər qəhrəmanların döyüş yollarını özdillərindən dinləyərək onların fədakarlığını daha yaxından tanımaq,dövlətə və torpağa sədaqət anlayışlarını daha dərindən anlamaqimkanı əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcıgənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil vəkaryera” və “Əyləncə” tematik guşələri gənclərə öz bacarıqlarınınümayiş etdirmək, sosial və yaradıcı potensiallarını inkişafetdirmək üçün geniş imkanlar təqdim edib. Bu guşələrdə keçirilənintellektual müsabiqələr, viktorinalar və master-klasslariştirakçıların fəallığını artırmaqla yanaşı, onların komanda işi,ünsiyyət və problem həll etmə bacarıqlarının təkmilləşdirilməsinəxidmət göstərib. Tədbirin yekununda xüsusi fəallıq nümayiş etdirəngənclərə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonunadək davam etməsiplanlaşdırılan layihə bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy,Göygöl, Daşkəsən, Gədəbəy və Qax rayonlarında baş tutub. Qeyd edəkki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsiilə bağlı tədbirlər planına uyğun olaraq reallaşdırılır. Layihəgənclər arasında dövlət müstəqilliyi və suverenlik kimi fundamentalprinsiplərin dərindən aşılanmasına, 44 günlük Vətən Müharibəsindəqazanılmış tarixi Zəfərin mahiyyətinin gənc nəslə dolğun şəkildəçatdırılmasına, eyni zamanda gənclər siyasəti ilə bağlımaarifləndirmə işinin təşviqinə xidmət edir.

“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
Chosen
55
5
az.trend.az

6Sources