EN

Cabir İmanovla vida mərasimi keçirilir - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Adalet.az-ın məlumatına görə, mərhumun cənazə namazı qılındıqdan sonra, onun nəşi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə gətirilib. 

Vida mərasiminə mərhumun yaxınları, sənət adamları və dövlət rəsmiləri qatılıb. 

O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq. 

***

13:08

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünən Bakıda idman zalında infarktdan vəfat edib.

Adalet.az-ın məlumatına görə, onun nəşi az sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə gətiriləcək.

Vida mərasiminə mərhumun yaxınları, sənət adamları və dövlət rəsmiləri qatılıb. 

O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq. 

Chosen
80
adalet.az

1Sources