EN

Akramjon Fozilov: Dezinformasiya ictimai rəyə zərər vuran nəticələrə gətirib çıxara bilər

Bakı, 30 sentyabr, AZƏRTAC

Dünya əhalisinin 69 faizi internetdən istifadə edir. Lakin bir çoxları etik davranışlara riayət etmir. Ənənəvi mediaya gəldikdə, biz fərdi məzmunu ön plana çıxarmalıyıq. Çünki dezinformasiya ictimai rəyə zərər vuran nəticələrə gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzulu panel sessiyada Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı üzrə İctimai Fondun Himayəçilər Şurasının sədri Akramjon Fozilov deyib.

Şura sədri Özbəkistan mediasında bu cür xəbərlərə rast gəlindiyini və bu biznes strukturlarının dövlət qurumlarının reputasiyasını sarsıtdığını vurğulayıb.

"Oksford Universitetinin alimləri müəyyən ediblər ki, çoxsaylı ölkələrdə seçkilər zamanı dezinformasiya əməllərinə əl atılır. Bu, insanların reallığı qəbul etməsi üçün çətinliklər yaradır”, - deyə A.Fozilov əlavə edib.

Onun sözlərinə görə, kiberhücümlar milli, dini mənsubiyyəti olan xalqları, icmaları hədəfə alır: “ChatGpt” və digər vasitələr vəziyyəti daha da çətinləşdirib. Sosial şəbəkələrdə vaxt keçirən yeniyetmələr trollinqin qurbana çevriliblər. Rəqəmsal etika böyük əhəmiyyət kəsb edir. İstifadəçilər aqressiyadan kənarlaşmalıdırlar. Kiberbullinq halları tədricən aradan qaldırılmalıdır. İnternetin aqressiyasını azaltmaq üçün universal bir həll yoxdur, lakin tənzimləyici qurumlar və vətəndaş cəmiyyətləri bununla mübarizə apara bilər”.

Chosen
35
azertag.az

1Sources