EN

"Bir müddət sonra ölünü dəfn etməyə yer tapa bilməyəcəyik"

Deputat Ceyhun Məmmədov Milli Məclisdə çıxışı zamanı qəbiristanlıqlarla bağlı mövcud vəziyyətə toxunub. 

News24.az xəbər verir ki, o, Nazirlər Kabinetinin qəbul etdiyi qərarların lazımi şəkildə işləməməsi nəticəsində bir sıra problemlər yarandığını bildirib: 

“Ümumiyyətlə, qəbiristanlıqlarla bağlı məsələyə yenidən baxılmalıdır. Bir müddət sonra ölünü dəfn etmək üçün yer tapmağa belə çətinlik çəkəcəyik. Bu sahədə konkret qərarlar verilməlidir", - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, ölkənin bir çox bölgələrində yeni dəfn sahələrinin ayrılmasında çətinliklər mövcuddur və bu məsələ daha ciddi şəkildə tənzimlənməlidir.

Aqil Qarayev


Chosen
112
news24.az

1Sources