ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Opta Sport" analitika portalının superkompüteri UEFA Çempionlar Liqasının ikinci turunun oyunlarının nəticələrini proqnozlaşdırıb. Sport24.az xəbər verir ki, onların arasında "Qarabağ" – "Kopenhagen" matçı da var.
Superkompüter Bakıda baş tutacaq görüşdə qonaqların qələbə şansını daha yüksək qiymətləndirib. Qurban Qurbanovun komansaının qalib gələcəyi 32,8 faiz göstərilibsə, Danimarka təmsilçisinin Bakıdan 3 xalla qayıtmaq ehtimalı 41,6 faizdir.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də start götürəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.