EN

AFFA prezidenti Ayxan Abbasovla görüşdü

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. 

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

O, Abbasovla yığmanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb. Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Chosen
23
49
fanat.az

10Sources