EN

Millimizin məşqçisi: “Heç vaxt qızıl medal qazanmamışdıq”

Doğma torpaqda Azərbaycan himninin səslənməsi sevindirici haldır.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan üzgüçülük millisinin məşqçisi Teymur Quliyev deyib.

O, 400 metr məsafəyə qarışıq üzmə yarışında qızıl medal qazanan Oqtay Hüseynovun çıxışını şərh edib: “Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Başda gənclər və idman naziri Fərid Qayıbov olmaqla, üzgüçülərimizi qələbəyə səsləyən hər kəsə minnətdarlığımı bildirirəm. Yarışa çox ciddi hazırlaşmışıq. MDB Oyunlarının üzgüçülük yarışlarında heç vaxt qızıl medal qazanmamışdıq. Sevindirici haldır ki, doğma torpaqda himnimiz səsləndi”, – deyə məşqçi bildirib.

İdman.biz

Chosen
12
1
idman.biz

2Sources