EN

Xəzərdə qurulan külək elektrik stansiyası noyabrda istismara veriləcək

AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib. Nazir bildirilib ki, Azərbaycanda quraşdırılmış bərpaolunan enerji gücünü üçqat artıraraq 4 giqavata çatdıracaq və 3,2 milyard ton istixana qazı emissiyasının qarşısını alacaq.

“Növbəti iki ildə 10 yeni elektrik stansiyası şəbəkəyə inteqrasiya ediləcək. Bununla yanaşı, 2 qiqavat bərpaolunan enerjinin idarə olunması üçün 250 meqavat gücündə və 500 meqavat-saat həcmində batareya saxlanc sistemləri də istifadəyə veriləcək. Bu layihələrdən biri – 240 meqavat gücündə Xəzər dənizində qurulan külək elektrik stansiyası artıq bu ilin noyabrında istismara verilməsi planlaşdırılır.

Bu məqsədə yalnız təmiz enerji mənbələrinin inkişafı ilə deyil, həm də müasir şəbəkələrin, enerji saxlanc sistemlərinin və səmərəli ötürmə infrastrukturunun qurulması ilə nail olmaq mümkündür”, - deyə P.Şahbazov vurğulayıb.

AzVision.az
Chosen
24
3
azvision.az

6Sources