EN

Daha 13 yeni standart layihəsi təsdiq üçün müvafiq quruma təqdim ediləcək

Daha 13 yeni standart layihə təsdiq üçün müvafiq quruma təqdim ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, "Əmək sahəsində"standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclasında Azərbaycan Standartlaşdırma İnstitutunun təqdim etdiyi yeni standart layihəsi müzakirə edilib və təsdiqi üçün müvafiq quruma təqdim edilməsi barədə rəy verilib.

Bundan əlavə, görüşdə 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş 111 standartdan artıq qəbul olunmuş 63 standart barədə məlumat verilib və Komitənin digər fəaliyyət planları çərçivəsində hazırlanması nəzərdə tutulan standartlarla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər vurğulanıb, əməyin mühafizəsi sahəsində yeni standartların hazırlanması və təsdiqi üzrə tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Chosen
12
4
ikisahil.az

5Sources