EN

III MDB Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazandı

BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında ilk qızıl medalı qazanıb.

Teleqraf xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında rəqiblərini qabaqlayıb.

Rusiya təmsilçisi İliya Yamşanov ikinci, belaruslu Maksim Malişka isə üçüncü olub.

Azərbaycanın digər üzgüçüsü Yeqor Maynitski isə 200 metr məsafəyə bras üsulu ilə üzmədə bürünc medala sahib çıxıb.

Chosen
54
8
teleqraf.com

10Sources