EN

“Sabah”ın legioneri: “Vurduğumuz qollardan ikisi sayılmadı”

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Matçdan öncə də bizi çətin oyunun gözlədiyini bilirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Timoteuş Puxaç deyib. Cinah müdafiəçisi "Sumqayıt"la heç-heçə etdikləri Misli Premyer Liqasının VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Düşünürəm ki bu oyunda çox yaxşı çıxış elədik. 3 qol vurduq, daha çoxunu vura bilərdik. Təəssüf ki, bu qollardan ikisi sayılmadı və meydandan 3 xalla ayrıla bilmədik". Polşalı oyunçu qalibiyyətə layiq olduqlarını söyləyib:"Düşünürəm ki, qələbəyə layiq idik. İndi bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. İnanıram ki, növbəti oyunlarımızda hədəfimizə çata biləcəyik".Qeyd edək ki, "Sabah" - "Sumqayıt" oyunu 1:1 hesabı ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
sport24.az

2Sources