EN

KİV: Uitkoff ABŞ prezidentinin elçisi postunu tərk edə bilər

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff 2025-ci ilin sonunadək vəzifəsini tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə “The Times of Israel” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoffun istefası Qəzza zolağında münaqişənin həllindən sonra baş tutacaq. Nəşr yazır ki, xüsusi nümayəndənin ofisi artıq yaxın vaxtlarda dəyişikliklər gözləyir.

Rəsmi olaraq Uitkoff Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur, lakin Ağ Evin xüsusi rəğbətini qazanıb. O, Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlamasından sonra Rusiyaya səfər edən yeni administrasiyanın ilk nümayəndəsi olub. Onun ilk səfəri fevralın 11-də baş tutub. Uitkoff həmin vaxt Rusiyada narkotik qaçaqmalçılığına görə məhkum edilən və səfər ərəfəsində prezident Vladimir Putin tərəfindən əfv olunan amerikalı Mark Vogeli götürmək üçün Moskvaya gəlib. Daha sonra, aprelin 25-də o, Rusiya lideri ilə rəsmi görüş keçirmək məqsədilə ikinci dəfə Moskvaya səfər edib.

Chosen
46
operativmedia.az

1Sources