Polşa istismardan çıxarılan Sovet Su-22 qırıcı-bombardmançı təyyarələrini satmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Defense24” məlumat yayıb.
“Polşanın Su-22M4 qırıcı-bombardmançı və Su-22UM3K döyüş təlimçi təyyarələri xidməti başa vurub. On iki Su-22M4 və altı Su-22UM3K hələ də uçuşa yararlıdır. Onların rəsmi taleyi naməlum olaraq qalır”, - məqalədə deyilir.
Nəşr qeyd edib ki, son vaxtlara qədər 14 Su-22M4 Svidvin aerodromunda saxlanılırdı. Qırıcı təyyarələr mövcud təyyarələr üçün ehtiyat hissələri donoru kimi istifadə edilib.
Jurnalistlərin məlumatına görə, artıq üç Su-22M4 satılıb.