EN

Qətər HƏMAS-ı Qəzza üçün sülh planını qəbul etməyə razı salmaq istəyir

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ABŞ prezidenti Donald Trampa HAMAS-ı ABŞ-ın Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq planını qəbul etməyə inandırmağa qadir olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” Vaşinqton administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, az əvvəl Ağ Ev Qəzza münaqişəsinin həlli planını açıqlayıb. Plan hərbi əməliyyatların tamamilə dayandırılmasını və fələstinli radikallar tərəfindən saxlanılan israilli girovların 72 saat ərzində azad edilməsini nəzərdə tutur.

Planda həmçinin zolağın keçid dövrü üçün xarici idarəetməyə verilməsini təklif olunur.
Chosen
18
4
sherg.az

10Sources