EN

Üzərində Şumaxer və Hemiltonun imzası olan avtomobil hərraca çıxarılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əbu-Dabidə məşhur "McLaren F1"in ən nadir nümunələrindən biri satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, satışı həyata keçirən "RM Sotheby's" hərrac evinin məlumatına görə, bu superkar bir sıra səbəblərə görə unikal sayıla bilər: Məsələn, o Bruney sultanının kolleksiyası üçün hazırlanıb. Avtomobil iki "Formula-1" çempionunun imzalarını daşıyır.
Superkarın 21 milyon dollardan baha satılacağı gözlənilir.
Bu avtomobil mövcud 64 "McLaren F1"dən 14-cüdür. İlkin olaraq 1994-cü ildə istehsal edilən kupe 2006-cı ildə "McLaren" fabrikində əsaslı təmir olunub. Yenidənqurma işlərinə yarım milyon dollardan çox vəsait xərclənib. 1996-cı ildə Mixael Şumaxer, 2007-ci ildə isə Lyuis Hemilton avtomobilin üzərinə öz imzalarını atıblar.
Superkar 22 min kilometrdən bir qədər çox tol qət edib və hazırda əla vəziyyətdədir.
Chosen
39
1
oxu.az

2Sources