BAKI, 30 sentyabr. TELEQRAF
Ekvadorda etirazçılar ölkə prezidenti Daniel Noboanın kortejinə hücum ediblər.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Noboa bildirib ki, onun başçılıq etdiyi, tərkibində BMT və Avropa İttifaqının nümayəndələri, İtaliyanın səfiri və apostol nuntsisi olan humanitar konvoy Otavalo şəhərində pusquya düşüb.
Onun sözlərinə görə, etirazçılar “Ekvadorun inkişafına müqavimət göstərir və zorakılıq yolunu seçirlər”.
Prezident hücumla bağlı bir neçə video, həmçinin qırılmış və ya zədələnmiş avtomobil pəncərələrinin fotolarını paylaşıb.
Se resisten a que Ecuador avance y eligieron la violencia.
— Daniel Noboa Azin (@DanielNoboaOk) September 29, 2025
Ayer emboscaron en Otavalo otro convoy humanitario que yo mismo lideré junto a delegados de la ONU, la UE, el embajador de Italia y el nuncio apostólico. Nos respondieron con violencia.
Nosotros seguimos: Ecuador no… pic.twitter.com/Bgi6D9kjFz