İnnovasiya və sürət lideri “Bakcell” “INMerge” İnnovasiya Sammitində tərəfdaş qismində çıxış edir. Sammit çərçivəsində “Bakcell”in son dövr innovasiya və süni intellekt əsaslı interaktiv stendi fəaliyyət göstərir. Stenddə “Bakcell”in təqdim etdiyi yeniliklər və süni intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək mümkündür. Bununla yanaşı, ziyarətçilər virtual reallıq (VR) texnologiyasına əsaslanan interaktiv oyunlarda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Stenddə xüsusilə quraşdırılmış robot-barista iştirakçılara yeni dövr texnologiyalar vasitəsilə hazırlanan içkilər təqdim edir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




